1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycandakı kabus Tsxadadzeni Qazaxıstanda da izləyir
Bakının "İnter" klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadze avrokuboklarda "ikinci mərhələ kabusu" davam edir. Sportnet.az-ın məlumatına görə, 48 yaşlı gürcü mütəxəssis bundan Azərbaycandan sonra Qazaxıstanda da yaxa qurtara bilməyib.
Tsxadadzenin bu ildən rəhbərlik etdiyi "Kayrat" Avropa Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" klubuna uduzub. Evdə 1:1 hesablı heç-heçə edən Almatı təmsilçisi Təl-Əvivi təmsil edən rəqibinə səfərdə məğlub olub - 1:2.
Tsxadadze "İnter"də çalışdığı 6 ildə 5 mövsüm avrokuboklarda iştirak edib. O, ilk 2 cəhdində - əvvəl Avropa Liqasında, sonra Çempionlar Liqasında mübarizəni ilk mərhələdə dayandırdı. Gürcü mütəxəssis yalnız 3-cü cəhdində - 2012/13 mövsümündə ilk mərhələni keçə bildi. Bu, Estoniya "Trans"ı ilə dueli oldu. Ancaq sonrakı mərhələdə Yunanıstan "Asteras"ına oyunsonrası penaltilər seriyasında məğlubiyyət oldu.
2013/14 mövsümündə Tsxadadzeli "İnter" Finlandiya "Mariehaym"ını keçsə də, Norveç "Tromse"sindən üstün ola bilmədi. Növbəti mövsümdə isə "bankirlər" Moldova "Turaspol"u mübarizədən kənarlaşdırsalar da, İsveç "Höteborq"una məğlub oldu.
"İnter" "ikinci mərhələ sindromu"na yalnız Tsxadadzedən gedişindən sonra, ötən yay qurtula bildi. Buna Kaxanın həmyerlisi, köməkçisi olan Zaur Svanadze nail oldu. "İnter" hazırkı baş məşqçisi ilə Avropa Liqasında Albaniya "Laçi" və İslandiya "Hafnarfyordur"i keçərək tarixində ilk dəfə III təsnifat mərhələnin iştirakçısı oldu. Ancaq burada çox gücls rəqib - İspaniyanın "Atletik" klubunu keçmək mümkün olmadı.
Xatırladaq ki, "İnter"də debütü elə avrokuboklarda olan (2009-cu ildə Slovakiya "Spartak"ına səfərdə 1:2 hesablı məğlubiyyət) Tsxadadzeni "Kayrat"da məyus edən millidə keçmiş komanda yoldaşı Şota Arveladze olub. O, "Makkabi"də ilk sınağında dostuna qalib gəlib.