Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalaq təyinat alıb. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı referi  
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də Rusiyanın Krasnodar şəhərindəki "Kuban” stadionunda keçiriləcək "Krasnodar” – "Birkirkara” (Malta) oyununu idarə edəcək.
Ağayevə FİFA hakim-köməkçiləri Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olacaqlar. Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.
Xatırladaq ki, Ağayev son günlərdə Almaniyada keçirilən 19 yaşadək futbolçulardan ibarət yığma komandalar aarsında Avropa çempoionatının final mərhələsində idarəçilik edib. 









                 





    
    
    
    
    
    
    
    
    


























































