"Qarabağ" da bizim kimi kombinasiya ilə çıxış edən komandadır. Onların müdafiəsi çox güclüdür. Ola bilsin ilk oyunda bu səbəbdən qol vura bilmədik". Sportnet.az-ın məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiya "Viktoriya"sının baş məşqçisi Roman Pivarnik deyib.
Baş məşqçi sabah keçiriləcək cavab oyunu haqda bunları bildirib: "Qolsuz heç-heçə bizi qane etmir. Qol vurmağa çalışmalıyıq. Düşünürəm ki, şanslarımız bərabərdir. Hər iki komandanın strategiyası eynidir. Cavab görüşünə hazırıq. Avstriyada isti havada oynamışıq. İstilərə dözümlüyük. Buna baxmayaraq, oynamağa çalışacağıq və bizim üçün problem yoxdur. Ölkə çempionatına start vermişik. Proqramı elə qurmuşuq ki, komanda çox yorulmasın. "Qarabağ" bizim rəqib olanda rəqibi analiz etməyə başladıq. Onların hansı taktika ilə oynadığını izlədik. Penalti seriyalarına da hazırlıq. Düşünürük ki, oyunun nəticəsi əvvəlcədən məlum olacaq".
R.Pivarnik oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionu haqda fikirlərini söyləyib: "Stadion və şəhər çox gözəldir. Tofiq Bəhramov adını eşitməmişəm. Amma yəqin ki, böyük adam olub və adını stadiona veriblər".