1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın Viktoriyası
Fotoda olduğum Tofiq Bəhramov adına Respublika stadionu. Çempionlar Liqasında (ÇL) cari mövsümdə "Qarabağ"ın Lüksemburqun "Düdelanj" klubu üzərində 2:0 hesablı qələbə qazandığı oyun. Bu ilin oktyabrın 16-da 65 illik yubileyi qeyd edəcək mərkəzi arenamız indiyədək bir çox parlaq qələbələrimizə şahid olub. Bu, SSRİ çempionatında yeganə uğurumuz olan "Neftçi-66", bundan 30 il sonra milli komandamızın bu arenada rəsmi debütündə ilk qələbəmiz, avrokuboklarda mərhələ keçməyə səbəb olan qalibiyyətlərimiz və sairdir.
Bu gün "Tofiq Bəhramov" tarixi günü yaşayacaq. Azərbaycan 1997-ci ildən təmsil olunduğu, 18-ci mövsümdür çıxış etdiyi ÇL-də ilk dəfə pley-offa çıxmağa çox yaxındır. Bunun üçün "Qarabağ" Çexiyanın "Viktoriya" klubuna cavab oyununda istənilən hesabla qalib gəlməlidir. Səfərdəki matçda uduzmamaq, qolsuz bərabərlik şəxsən məndə və təbii ki, hamımızda pley-offa çıxacağımıza böyük inam yaradıb. Uzun illərdir ÇL-in qrupuna düşməyin həsrrətini yaşayırıq. Avropa Liqasında 3 dəfə - son 2-si elə "Qarabağ"la bunu yaşamışıq. Artıq bu, bizim üçün keçilən yoldur və yeni səhifə açmağın, yeni tarix yazmağın çoxdan vaxtıdır. Bunun üçünsə ilk növbədə qrupa düşmək uğrunda mübarizənin olduğu pley-off mərhələsinə vəsiqə qazanmaq lazımdır.
Bu yolda maneə isə "Viktoriya"dır. Yəni tərcüməsi qələbə demək olan rəqib. Bəlkə də bu, taleyin qismətidir ki, tarixi qələbəni bu adı daşıyan komanda üzərində qazanmaqla gerçəkləşdirməliyik. "Qarabağ" üçün bu Viktoriya Azərbaycan futbolunun qələbəsi demək olacaq. Futbolumuzda bir sıra ilklərə imza atan Qurban Qurbanovlu "Qarabağ" həmin tarixi zəfəri yaşamağa layiqdir. Məhz Quban Qurbanovlu "Qarabağ"ın 2009-cu ildən avrokuboklarda parlaq qələbələri azarkeşləri Respublika stadionuna daşıyıb, tribunaları doldurmasına səbəb olub. Bu gün də onlar doğma komandamızı, son 3 ilin çempionumuzu tək qoymayacaqlar. Əminəm ki, belə tarixi nəticənin qazanmağa əla fürsət olduğu bir oyunda azarkeşlər "Tofiq Bəhramov"da boş yerə qoymayacaq, möhtəşəm ab-hava yaradacaq, sözün əsl mənasında "12-ci oyunçu" olacaqlar.
Taleyin işidir ki, bugünkü matç qardaş ölkənin təmsilçilərinə - türkiyəli hakimlərə tapşırılıb. Yox, "Qarabağ"ın Hüseyin Göçəkin başçılıq etdiyi hakimlər briqadasının tərəfkeşliyinə ehtiyacı yoxdur. Sadəcə, hakim qərəzi olmayacağına əminəm. İnanmaram ki, türkiyəli hakim çexiyalı həmkarı Miroslav Zelinka kimi qərəzli qərar versin, təmiz qolumuzu saymasın. Əslində, bizə heç bir hakimin köməyi lazım deyil, təki mane olmasınlar. Zelinka da bu gün Qafqazda olacaq, qonşu Tiflisdə "Dinamo"ların duelini idarə edəcək. Qoy, qazanacağımız parlaq qələbənin əks-sədasını Bakıdan cəmi 580 kilometr aralıda olan Zelinka da yaxşı eşitsin, ötən ilin dekabrında Milan "İnter"i ilə Respublika stadionundakı oyunun son saniyələrində verdiyi qərəzli qərara, Riçard Almeydanın təmiz qolunu saymamaqla bizi təmiz qələbədən məhrum etdiyinə görə utansın. Haqsızlıq heç vaxt yerdə qalmır, ədalət həmişə bərqərar olur...
Mehman Süleymanov