Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyununda "Monako”ya 1:3 hesabı ilə məğlub olan Türkiyənin "Fənərbağça” klubu mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, "sarı-lacivərtlilərin” ÇL-lə vidalaşması əzəli rəqibi "Beşiktaş”ın işinə yarayıb.
Ölkə çempionu olduğuna görə, Şenol Güneşin baş məşqçisi olduğu komanda birbaşa qrup mərhələsində mübarizə aparacaq. Buna görə də "qara qartallar” UEFA-dan 15 milyon avro gəlir əldə edəcək. "Fənərbağça"nın qrup mərhələsinə vəsiqə qazana bilməməsinin ardından ölkə çemipionunun gəliri 25 milyon avroya çatıb. Çünki UEFA-nın "Fənərbağça”ya ayırdığı 10 milyon avro da Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi olduğu üçün "Beşiktaş”a verilib.
Xatırladaq ki, "ağ-qaralar” ötən mövsüm forma və bilet satışları da daxil olmaqla, ümumilikdə 168 milyon türk lirəsi əldə edib.