Futbol üzrə Azərbaycan I Divizionun 2016/2017-ci illər mövsümündə iştirak edəcək komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər. Sportnet.az-ın məlumatına görə, I Divizion iştirakçılarının sayı buna əsasən müəyyənləşəcək.
Prosedur başa çatdıqdan sonra I Divizionun püşkatmasının tarixi barədə məlumat veriləcək.