"Bakı"nın sabiq qapıçısı Edin Nuredinoski Makedoniyanın "Şkendiya" klubunun təklifini rədd edib. Sportnet.az-ın məlumatına görə, "Şkendiya" 32 yaşlı qapıçıya aylıq 10 min avroluq müqavilə təklif etsə də, əlcək sahibi bundan imtina edib.
Halbuki bu məbləğ Makedoniyadakı şərtləri ilə kifayət qədər yüksək sayılır. Qapıçının belə təklifi rədd etməsi təəccüblə qarşılanıb.
Qeyd edək ki, Edin Nuredinoski 2012-ci ildə "Bakı"nın heyətinə cəb olunub. Xüsusən, ötən mövsüm əksər matçlarda ehtiyat oyunçular skamyasında əyləşən qapıçı bu ilin mayında paytaxt təmsilçisindən ayrılıb.