İtaliyanın "Milan" klubunun vitse-prezidenti Adriano Qalliani yeni transferlərdən söz açıb. Sportnet.az-ın məlumatına görə, yerli mətbuata danışan klub rəsmisi hələ transfer etmək üçün vaxtlarının olduğunu söyləyib.
Qalliani hələ də düşərgəyə qoşulmayan futbolçuların olmasını vurğulayıb: "Hələ sentyabrın 1-ə qədər vaxtımız var. "Milan"da transfer bitməz. Hələ ki, düşərgəyə qoşulmayan 8 futbolçumuz var. Əsas olan yoxlama görüşləri deyil, çempionatda göstərilən oyundur. Düşərgədə mükəmməl atmosfer var. Hər kəs Filippo İnzaqiyə güvənir".