O deyib: "Mən hələlik "Çixura"nın oyununu görməmişəm. Eşitmişəm ki, "Bursaspor"un bəxti gətirməyib. "Çixura" daha çox müdafiədən oynayır. Biz nəyə qadir olduğumuzu "Koper"lə Sloveniyadakı oyunda göstərdik. Yenə çalışacağıq ki, öz oyunumuzu göstərək. Axırıncı dəfə evdə biz "Zestafoni"ni udmuşuq. Bu səbəbdən, sabahkı görüş çox vacibdir. Matçdan müsbət nəticə ilə ayrılmaq istəyirik".
Ramos tez-tez sarı vərəqə almasına da toxunaraq, bunu xarakteri ilə əlaqələndirib: "Sloveniyada "Koper"lə oyunda əsəbi idim, qol vurmalıydıq. Oyun ağır getdiyindən əsəbləri cilovlamaq çətin olur. İndi iki "sarı"m var və birini də alsam, növbəti oyunu buraxacam. Daha sakit olmaq lazımdır".