Gürcüstanın "Çixura" klubunun Bakı macəraları "Bakcell Arena"da da davam edib. Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Samson Pruidze oyunöncəsi mətbuat konfransına gəlməkdən imtina edib.
O, rus dilində danışmaq fikrində olmadığını bildirərək, gürcücə bilən tərcüməçi tələb edib. Lakin elə bir tərcüməçi tapmaq mümkün olmayıb. Nəticədə Pruidzenin mətbuat konfransı baş tutmayıb.
Daha sonra o, jurnalistlərin suallarını rus dilində ayaqüstü cavablandırıb: "Mən "Neftçi"ni yaxşı tanıyıram. Buna görə də Azərbaycanda işləyən gürcü futbolçu və məşqçilərdən bu komanda barədə heç nə soruşmamışam. İtirəcəyimiz bir şey yoxdur. "Neftçi" bu oyunun favoritidir. Lakin çıxıb öz oyunumuzu ortaya qoyacağıq".
Qeyd edək ki, daha öncə "Çixura" Heydər Əliyev Beynəlxalq Hava Limanından qalacaqları otelə yetişmək üçün avtobus sifariş vermədiyindən, otelə və məşq üçün stadiona "Neftçi"nin ayırdığı mikroavtobusla gəlib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |