1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avstriyadan millimizə şans saxladan qələbə
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-21) Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda növbəti oyun keçirilib. Sportnet.az-ın məlumatına görə, Finlandiya evdə Avstriyaya 0:1 hesabı ilə uduzub. Qonaqlara qələbəni 90+1-ci dəqiqədə yarımmüdafiəçisi Nikoa Dovedan vurduğu qolla qazandırıb.
Avstriyalılar bu qələbə sayəsində 2-ci pillədə yerini möhkəmlədib. 7 oyundan sonra hesabında 18 xal olan bu ölkənin U-21 yığması almaniyalı həmyaşıdlarından 3 xal geri qalır. Finlandiya isə 7 oyundan 12 xalla 3-cü pillədədir və ən yaxın izləyicisi olan Azərbaycandan 5 xal öndədir. Avstriya rəqibini məğlub etməklə Yaşar Vahabzadənin komandasının 3-cü pilləyə yüksəlmək şansını saxlayıb. Düzdür, Finlandiyanın bizdən 1 oyun çox keçirdiyini də nəzərə almaq lazımdır.
Xatırladaq ki, U-21 yığmamız növbəti qrup oyununu sentaybrın 6-da evdə autsayder Farer adaları ilə keçirəcək. Finlandiya isə həmin gün Almaniyanı qonaq edəcək.