1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çəlikəl yeni transferin təfərrüatlarını açıqladı
"Boyan Şaronov komandamıza ikinci qapıçı kimi gətirildi. Çünki əsas qapıçımız İbraihim Şehiçə həm çempionatda, həm də Avropa Liqasında çox yük düşə bilərdi. Hələ mövsüm ərzində Azərbaycan kuboku matçları da var". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl bildirib. Avropa Liqasının qrup mərhələsində təmsilçilərimizdən olan Ağdam klubu "transfer pəncərəsi"nin bağlanması ərəfəsində "Partizan"dan Boyan Şaronovun heyətinə cəlb edib. Bununla da 29 yaşlı serbiyalı qapıçı bosniyalı həmkarı İbrahim Şehişlə əsas heyətə düşmək uğrunda rəqabət aparacaq.
Çəlikəl bildirib ki, yeni əcnəbi tranferi baş məşqçinin qərarı olduğundan, çox müzakirə etməyiblər: "Qurban Qurbanov yeni ehtiyac bilibsə, yəqin ki, bunu dəyərləndirəcək. Ancaq biz qərardan narazı deyilik. Qurbanov yeni transfer üçün qapıçı mövqeyi ilə bağlı qərar verdi".
"Qarabağ" rəsmisi Şaronovu uzun müddətdir gözaltı etdiklərini söyləyib: "Uzun müddətdir deyəndə, hardasa 1 ili nəzərdə tuturdum. Əlbəttə ki, bizim yeni futbolçulara baxan seleksiyaçı qruplarımız var. İmkan yarandı və biz Şaronovu transfer etdik".
Maraqlıdır, bu transfer Şehiçin "Qarabağ"ın gələcək taleyinə mənfi təsir göstərə bilər? Çəlikəli dinləyək: "Şaronovun keçidini Şehiçə alternativ, onu göndərmək və ya haqqında başqa qərarla bağlı reallaşdırmamışıq. Bu qapçı transferi həm komanda daxilindəki rəqabəti artırmaq, həm də keyfiyyəti yüksəltmək üçündür. Yəqin ki, Qurban müəllimləri bütün bunları hamıdan yaxşı bilir".
Qeyd edk ki, Serbiya millisinin da üzvü olan Şaranovla "Qarabağ" arasında 2 illik müqavilə imzalanıb.
Mehman Süleymanov