1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Fənərbağça"nın üzvünə qadağa
Türkiyənin "Fənərbağça" klubunda əşyalara cavabdeh olan Dursun Çetin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinib. Sportnet.az-ın məlumatına görə, bu səbəbdən, D.Çetinin hava limanından ölkə xaricinə çıxmasına icazə verilməyib.
Artıq komanda Avropa Liqasının qrup mərhələsində Ukrayna "Zarya"sı ilə oyun üçün Ukraynaya yollanıb. Adıçəkilən şəxs komandanın yanında hava limanına getsə də, onun xarici pasportunun ləğv edildiyi bildirilib. D.Çetin polisə ifadə verdikdən sonra sərbəst buraxılıb. Klub üzvünün yalnız istintaq başa çatdıqdan sonra xarici pasport ala biləcəyi açıqlanıb.
Qeyd edək ki, Dursun Çetin anadan olduğu Samsunda bir təhsil ocağına 2009-cu ildə maddi yardım göstərib. Daha sonra həmin təhsil ocağı FETÖ-nün maraqlarına xidmət edib.