1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki üçün yeni qapıçılar
"Gələcəkdə millidə yeni adlar görəcəyik. Ancaq hələ ki çağırılacaq qapıçılar Kamran Ağayev, Səlahət Ağayev və Anar Nəzirovdur. Kamran artıq özünə yeni klub tapıb, "Boavişta”da oynamağa başlayıb. Səlahətlə Anar isə çempionatımızda öz klublarının əsas qapıçılarıdırlar”. Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizov bildirib.
Onun sözlərinə görə, millimizə yeni qapıçıların dəvət olunması ilə bağlı işlər həmişə gündəmdədir: "Premyer Liqa ilə yanaşı, U-21, U-19 yığmalarını da izləyirik. Qeydiyyat kitabçamızda olan qapçılar var. Onlar haqda məlumat götürmüşük. Baş məşqçi Robert Prosineçki də onları izləyib. Yeni qapıçılar haqda bütün məlumatları Prosineçkiyə vermişəm”.
Əzizov yeni gənc qapıçıların dəvət olunmasının gələn ilin əvvəlində nəzərdə tutulduğunu söyləyib: "Onları yanvardan sonra milinin təlim-məşq toplanışına çağıracağıq. Həmin vaxt yeni qapıçıları yoxlayıb son qərarımızı verəcəyik”.