1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sergey Zenyov: "Biz meydanda pulu hiss etmirdik" - MÜSAHİBƏ
"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Maynts" klubuna evdə 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra brifinq keçirib. Matçda ikinci qolumuzun müəllfi olan hücumçy Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Hesabda irəi çıxdığımız qarşılaşmada uduzmağımıza səbəb nə oldu?
- Məğlub olduğumuza görə üzgünük. Çünki oyunda hesabda irəlidə idik. Bundan sonra qol buraxmasaydıq, nəticə başqa cür ola bilərdi.
- Oyunda səviyyə fərqi özünü göstərirdi?
- Bəli, bunu gizlətmək olmaz. Səviyyə səviyyə olaraq qalır.
- Vitse-prezidentiniz müsahibəsində bildirib ki, "Maynts"ın büdcəsi "Qəbələ"dən 8 dəfə çoxdur. Bu, meydanda hiss olunur?
- Biz pulu hiss etmirdik. Sadəcə, yaxşı komandaya qraşı oynadığımızı hiss edirdik. "Maynts" keyfiyyətli futbolçulara malik komandadır.
- "Bakcell Arena"da artıq neçənci dəfədir qol vurursan. Belə çıxır ki, bu stadion sənə düşərlidir?
- (gülür) Belə çıxır. Mənə burada oynamaq, fərqlənmək xoşdur.
- "Qəbələ"nin avrokuboklarda bombardirinə çevrilirsən. Bu şəxsi göstərici sənin üçün nə dərəcədə önəmlidir?
- Əlbəttə, şəxsi planda fərlqənmək xoşdur. Ancaq istəyirsən ki, təkcə qol vurmayım, həm də qalib gələk. Mən qol vurum, komandamız da qələbə qazansın, onda daha ürəyimcə olar. Bu, mənim üçün ən vacibidir.
- "Sent-Etyen"lə qarşıdakı oyunlar qrupdan çıxmaq baxımından həlledici olacaq. Səncə, oyunumuzda nəyi dəyişmək lazımdır ki, nəhayət, qalib gələk?
- Bunu bilmirəm, baş məşqçimiz bilər. O, bizə lazımı göstərişlərini verər. Çox ümid edirəm ki, onun dediklərini meydanda edərək nəticə qazanarıq.
- Açıq danışsaq, qrupdan çıxmaq şansları artıq çox azdır...
- Aydın məsələdir ki, startda ardıcıl 2 məğlubiyyət alandan sonra növbəti matç öncəsi şanslar azalır. Acaq başqa variantımız yoxdur. Yalnız qələbə qazanmalıyıq.
- Oyunun sonunda rəqib qapısına qarşı hücum axını görmədik. Yəqin ki, artıq "Qarabağ"la qarşıdakı oyunu düşünürdünüz və gücünüzü qoruyurdunuz...
- Deməzdim ki, gücümüzü qoruyurduq. Bəlkə həmin vaxta gücümüz qurtarmışdı. Ona görə rəqib qapısına hücum axını alınmadı.
- Yeri gəlmişkən, "Qarabağ"la matçdan nə gözləyirsiniz?
- Çox vacib matçdır. Çempionatda həlledici qarşılaşmadır. İndi bu oyndan yaxşı istirahət edib, yaxşı hazırlaşmağımız lazımdır.
- Sizin üçün nə vacibdir - qrupda uğurla çıxış etmək, yoxsa çempion olaraq gələn mövsüm Çempionlar Liqaısnda çıxış etmək?
- Həm o, həm də bu. Bunları ayırmaq olmaz.
- Hər halda, seçim etməli olsan...
- Bunları bir-birindən ayırmaq istəməzdim. Hər ikisində uğurlu çıxış etmək istərdik.
- Bəlkə "Qəbələ" artıq bütün diqqətini Premyer Liqada, çempion olmağa yönəltsin. Hər halda, qrupdan çıxmaq şansı çox az qalıb...
- Fikrimcə, istənilən matçda sonadək oynayacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq. Buna görə də iki turniri bir-birindən ayırmayacağıq.
- İki turnirdə oynamaqla ağır yüklənmə özünü göstərir? Fiziki baxımdan çətin deyil?
- Hər halda, heyətimizdə rotasiya edilir. Avropa Liqasında və çempionatda oynayan futbolçular var.
- Ancaq ehtiyat oyunçular skamyanız elə də güclü deyil...
- Deməzdim ki, elə də böyükdür. İstənilən halda baş məşqçi heyətdə dəyişiklik etməyə çalışır. Hər halda, ötən mövsümdən daha çox dəyişiklik edilir.
- Sən milliyə də daim çağırıldığından artıq 3 cəbhədə oynayırsan...
(gülür) Buna öyrəşməyə çalışıtram. Hər halda, biz peçəkar futbolçuyuq.
- Cəzalı Teo Uiksin yoxluğu öz sözünü deyirmi?
- Əlbəttə. Onun yoxluğunda çətin olur. Nika Kvekveskirinin də itkisi ortada sahədə böyükdür. Meydanda belə oyun qurucusu çatmır. İstənilən futbolçunun yoxluğu özünü göstərir.