İspaniya La Liqasının VIII turunda evdə "Deportivo"nu qəbul edəcək "Barselona"nın heyətində Lionel Messi start heyətində meydana çıxmayacaq. Sportnet.az-ın məlumatına görə, baş əşqçi Luis Enrike argentinalı futblçunu ehtiyat oyunçular skamyasında saxlayacaq.
Buna səbəb Messinin hələ də zədəsini tam sağaltmamasıdır. Bu səbəbdən baş məşqçi komandanın "vuran ayağı"nı yormamaq qərarına gəlib. Onu Çempionlar Liqasının III turunda İngiltərə "Mançester Siti"si ilə keçiriləcək ev oyununa qədər tam hazretməyi düşünürlər.
Qeyd edək ki, Messi sentyabrın 21-də "Atletiko" ilə baş tutmuş görüşdə zədələnmişdi. Həmin matç 1:1 hesabı ilə başa çatıb.