Azərbaycan II Liqası uğrunda pley-off görüşü keçirilib.
Sportnet.az xəbər verir ki. həlledici oyunda "Biləsuvar" və "Ağstafa Gəncləri" komandaları üz-üzə gəlib.
Yevlax şəhər stadionunda keçirilmiş qarşılaşma Qərb təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Baş Rəşad Əhmədovun idarə etdiyi matçda qolları Əli Bağırov 9-cu, Adil Tağıyev 45+1-ci və Eltac Hüseynov 47-ci dəqiqədə vurub.
Bu qələbə sayəsində "Ağstafa Gəncləri" II Liqada yerini qoruyub.
29 may (cümə)
II Liqa uğrunda pley-off oyunu
16:00. "Biləsuvar" – "Ağstafa Gəncləri" - 0:3
Qollar: Əli Bağırov, 9; Adil Tağıyev, 45+1; Eltac Hüseynov, 47
Sarı vərəqələr: Qoşqar Babayev, 17 (qeyri-idman hərəkəti); Sahib Cümşüdov, 69 (qeyri- idman hərəkəti); Zaur Nuruzadə, 84 (qeyri-idman hərəkəti) - Ramin Süleymanov, 44 (qeyri-idman hərəkəti); İlkin Allahverdiyev, 66 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu..
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Biləsuvar”: 93. Sabir Abbasov 47. Qoşqar Babayev (15. Ruslan Tağızadə, 57) 66. Cavanşir Cavanşirov 77. Sahib Cümşüdov 12. Emil Həsənzadə (21. Məmməd Məmmədov, 59) 74. Kənan İbişov (k) 50. Kamran Kərimov (7. Asim Urufov, 57) 9. Zaur Nuruzadə 10. Süleyman Piriyev 14. Surac Şahbazov (88. İbrahim Nağıyev, 46) 42. Valid Yusubzadə
Ehtiyat oyunçular: 1. Əli Fətullayev 20. Əskər Əskərov
Məşqçi: Adil Bədəlov
“Ağstafa Gəncləri”: 1. Elgün Əmiraslanov 20. Əli Bağırov (k) 8. Elgün Namazov (6. Turan Məmmədov, 72) 22. Adil Tağıyev (12. Tural Məmmədov, 72) 2. İlkin Allahverdiyev 5. Kamran Hüseynov 24. Eşqin Kərimli 17. Elgün Salıfov (4. Sənan Yusibov, 85) 13. Ramin Süleymanov (9. Eltac Hüseynov, 46) 15. Nicat Oruclu 7. Hüseyn Alıyev (18. Elvin Qəmbərov, 85)
Ehtiyat oyunçular: 16. Uğur Məmmədhüseynov 19. Ayxan Alıyev
Məşqçi: Aqil Kərimli













































































