Futbol üzrə Azərbaycan I Divizionunda IX tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Premyer Liqaya iddialı "Səbail" növbəti qələbəsini qazanıb. Komanda Qusar "Şahdağ"ını evdə darmadağın edib və lider "Turan Tovuz"la xal fərqini 4-ə endirib.
"Ağsu” - "Şərurspor” - 4:0
Malik Babayev, 24, 33; Qalib Əmrahov, 55; Əli Bağırov, 58
"Energetik” "Rəvan” - 1:0
Sepehr Torkamanianafşar, 37
"Səbail” - "Şahdağ” - 5:1
Elvin Adışirinli, 44, 90+1; Ramazan Abbasov, 45+1 (p.); Bəxtiyar Məsiməliyev, 49; Bayram Budaqov, 84 - Ramil Mansurov, 58
















































































