1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Şükürov: "Kapitan olmaq istəmirəm, 1-2 il ömrüm qalıb" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu Mahir Şüküorv Azərbaycan Premyer Liqasında "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan müsahibə verib. Təcrübəli müdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsən?
- Bu gün bilirdik ki, ağır oyun olacaq. Rəqibimiz çempionluğa oynayan "İnter idi. Bu çempionatda yenilməmişdi. Məşqçilər heyətimiz bunu yaxşı təhlil etmişdi. Hamımız şadıq ki, istədiyimizə çatdıq.
- Penalti epizodundan uzaqda olsan da, hər halda, fikirlərin maraqlıdır...
- Mən həmin anda arxada idim. Əvvəl elə bildim ki, rəqib sürüşmə fondu ilə topu ayağı ilə çıxarıb. Buna görə cərimə zərbəsi təyin edəcək. Ancaq sonra gördüm ki, əllə oyun vardı.
- Ancaq əllə oyun cərimə meydanından kənarda idi...
- Bunu yalan deyərəm. Çünki baş hakim epizoda yaxın idi. Yəqin ki, AFFA-da oturanlar özləri baxacaqlar, qərar verəcəklər. Ancaq baş hakim penalti qərarını verib. Hakimlər həmişə deyir ki, düzgünlüyün tərəfdarıyıq. Yəqin ki, penalti olduğundan verib.
- Kapitanlıq sarğısını niyə qəbul etmədin?
- Qoy, komanda yoldaşlarım olsun. Mən kapitan olmaq istəmirəm. Müdafiədə olmağım elə kapitan kim bir şeydir.
- Oyun ərzində göstərişləri daha çox sən verirdin...
- Mən ağsaqqalam, verməliyəm. 1-2 il ömrüm qalıb. Göstəriş verirəm ki, digəri də götürsünlər. Gələcəkdə onlar oynayacaqlar.
- Beş futbolçunuz cəzalanaraq əvəzedici heyətə göndərildi. Bunun təsiri hiss olunurdumu?
- Təsiri yoxdur. Baş hakim nə edibsə, düz edib. Bugünkü gündə gördük. Öz futbolçularımız oynasa, daha yaxşıdır. Bilərik ki, 5 yerli futbolçunu üzə çıxaracağıq.
- Ümumiyətlə, özünü meydanda necə hiss edirsən?
- Yaxşı. Düzdür, 3-4 gündür xəstəyəm. Ancaq öz oyunumu oynamağa həmişə hazıram.
- Artıq çəki problemi ilə bağlı problemin varçm?
- İki kiloqram artıq çəkim var. Ancaq hiss edirəm ki, bu gün atdım.
- "Neftçi"nin bundan sonra qələbələri sıralayacağını demək olar?
- Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Özümü tərifləmək olmasın, neçə oyundur oynamırdım. Mənim komanda ilə birgə olmağım futbolçuların özlərinə də stimuldur. Biz görürük ki, meydanda heç bir möqvedə danışan futbolçumuz yoxdur. Mənim arxada olmağım yaxşı oldu ki, göstəriş verdim, komanda arxayın oynadı.