1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Millidən heç kimi günahlandıra bilmərik"
"Məglub olduqsa, ayrılıqda hec kimi günahlandıra bilmərik". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şima İrlandiya yığmasına 0:4 hesabı ilə uduzduğu matçı dəyərləndirən AFFA İcraiyyə Komitəsi üzvünün fikrincə, futbolçuları bu ağır məğlubiyyətə görə günahlandırmaq düzgün olmazdı: "Hazırda istənilən milli komanda istənilən yığmanı bu hesabla məglub edə bilər. Oyuncuların üzərinə cox da yüklənmək olmaz. Məğlub oldugumuza görə öz oyuncularımı da qınamaq istəmirəm. Ümumi nəticəyə baxsaq, 4 oyuna 7 xal toplamışıq. Bunu da yaxşı hal kimi qəbul etmək olar".
Qeyd edək ki, "Qarabağ"ın və millimizin kapitanı olan Rəşad Sadıqov Belfastdakı oyunu zədə üzündən tribunadan izləyib. Qurbanovun millidəki digər futbolçularından Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov bu matçda meydana çıxıb.
Seymur Kərimli