Azərbaycan milli komandasının 4 futbolçusu Şimali İrlandiya yığması ilə DÇ-2018-in seçmə qrup matçından sonra Belfastdan Bakıya qayıtmayıb.
Sportnet.az-ın məlumatına görə, bunlar Deniz Yılmaz, Dmitri Nazarov, Eddi İsrafilov və Emin Mahmudovdur. Onlar çıxış etdikləri əcnəbi klubların düşərgəsinə birbaşa yollanıblar. Kamran Ağayev, Pavel Paşayev və Ramil Şeydayev isə milli ilə birgə Azərbaycan paytaxtına dönüb. Şeydayev ayağını çəkə-çəkə hərəkət edib. Onun Şimali İrlandiya ilə oyunun ilk yarısında yüngül zədələndiyi və ikinci hissədə məhz bu səbəbdən əvəzləndiyi müəyyənləşib. Oyundan sonra digər futbolçulardan fərqli olaraq, Şeydayev milli formada yox, mülki geyimdə olması ilə də diqqət çəkib.
Qeyd edək ki, Şimali İrlandiya Azərbaycan millisinə böyük hesabla qalib gəlib - 4:0.