Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək matçın baş hakimi açıqlanıb. Sportnet.az-ın məlumatına görə, oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Ona Bahattin Duran və Tarık Onqun kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Halis Özkahya olacaq.
Carı mövsümdə ilk dəfə derbiya təyinat alan C.Çakır 10-cu dəfə "Fənərbağça" və "Qalatasaray" komandalarının oyununu idarə edəcək.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.












































































