1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Foqtsu millimizdə baş məşqçi olanda asıb-kəsdik"
Şotlandiya millisinin sabiq qapıçısı Robert Duqlas Berti Foqtsdan bəhs edib.
Sportnet.az-ın məlumatına görə, hazırda köşə yazarı olan veteran futbolçu növbəti yazısında Azərbaycan millisinin sabiq baş məşqçisinin mövqeyindən çıxış edib.
Duqlasın fikrincə, Foqts Şotlandiya millisində o qədər də uğurla çalışmasa belə, faydası az olmayıb: "İngiltərə millisi ilə matçda yaxşı şanslar əldə etsək də, qaçırdıq. Tək fərq İngiltərənin yaxaladığı epizodları qola çevirməsi idi. Şotlandiya millisinin hazırkı baş məşqçisi Qordon Straçanın seçimləri məni təəccübləndirdi. Matçdan öncə heyətdə 8 dəyişiklik etməsi qəribə görünürdü. Straçana federasiya təzyiq göstərməlidir. Foqtsu millimizin baş məşqçisi olduğu vaxtda asıb-kəsdik. Lakin o, milliyə Skot Broun və Darren Fletçer kimi futbolçular qazandırıb. Təəssüflər olsun ki, bu, onun millidə qalmasına kömək etmədi. Straçan millidən ayrılsa, çox yaxşı keyfiyyətlərə malik əcnəbi baş məşqçi gətirmək lazımdır”.
Qeyd edək ki, Berti Foqts 2002 - 2004-cü illərdə Şotlandiya, 2008 - 2014-cü illərdə Azərbaycan millisində baş məşqçi olub.