1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqasında bir oyuna 3 rekord - VİDEO
Futbol üzrə Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib.
Sportnet.az-ın məlumatına görə, bu, cari mövsümdə qrup mərhələsinin V tur matçına təsadüf edib.
Almaniyanın "Borussiya" (Dortmund) klubu Polşa "Legiya"sı ilə görüşdə 8:4 hesablı qələbəyə nail olub. Bunadək rekord 2003-cü ildə 11 qolun vurulduğu "Monako" (Fransa) - ""Deportivo" (İspaniya) matçında qeydə alınıb - 8:3.
Digər tərəfdən, "Borussiya" - "Legiya" matçının ilk yarısında 7 qol vurulub. Belə hal Çempionlar Liqasında birinci dəfə baş verib. Meydan sahiblərinin 5 qolu 16 dəqiqəyə vurması da turnirin rekordudur.
Qeyd edək ki, Dortmund "Borussiya"sı bu qələbə sayəsində F qrupunda xallarını 13-ə çatdırıb və İspaniya "Real Madrid"i ilə birgə 1/8 finala yüksəlib. 1 xala malik "Legiya" isə qrupda sonuncudur.