1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ÇL-də iki avtoqol edən qapıçı birdən
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turunda maraqlı göstərici qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, birdən-birə iki qapıçı avtoqol müəllifi olub. Özü də bunlar eyni qrupda çıxış edərək rəqib olmuş təcrübəli qolkiperlər - italiyalı Morqan de Sanktislə rusiyalı İqor Akinfeyev olub.
Moqran cari mövsümdən çıxış etdiyi Fransanın "Monako" klubuun heyətində Almaniyada "Bayer"ə 0:3 hesabı ilə uduzduqları matçın 82-ci dəqiqəsində topu öz qapısına göndərib. Daha doğrusu, meydan sahiblərinin 77-ci dəqiqədə yerinə yetirdiyi penati zərbəsindən sonra dirəkdən qayıdan top onun belinə dəyərək tora qovuşub. Akinfeyev isə uzun illərdir kapitanı olduğu MOİK-in heyətində "Tottenhem"ə Londonda 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada "fərqlənib". O, rəqibin başla zərbəsini qaytardıqdan sonra top ayağına dəyərək tora qovuşub. UEFA bunu da avtoqol sayaraq qapıçının passivinə yazıb. Nəticədə 30 yaşlı Akinfeyev turnirin tarixinə 2 dəfə avtoqol edən ilk qapıçı kimi düşüb.
Ümumiyyətlə, İqor üçün uzun illərdir çıxış etdiyi ÇL uğursuz turnir sayılr. Təsadüfi deyil ki, o, Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 43-cü oyundur qol buraxıb. 39 yaşlı de Santkis isə yarışın tarixində avtoqol edən ən yaşlı futbolçu olub. Bunadək antirekord "Mançester Yunayetd"in fransalı müdafiəçisi Loran Blana məxsus idi ki, o, 36 yaşında topu öz qapısına göndərmişdi.