Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu Portuqaliyanın "Boavişta" klubu yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, qış fasiləsindən istifadə edən Portu təmsilçisi ikinci diviziondan "Penafiel" klubu ilə sınaq matçında 1:0 hesabı ilə qalib gəlib.
Baş məşqçi Migel Leal bu matçda cari mövsümdə az oynayan futbolçulara, o cümlədən Mahmduova şans verib. Start heyətdə yer alan yarlmmüdafiəçimiz fasilədə əvəzlənib. Ağayev isə vətənə yolandığından heyətdə olmayıb.