1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hollandiyalı hücumçu rəsmən "Beşiktaş"da!
İspaniya "Deportivo"sunun futbolçusu Rayan Babel Türkiyənin "Beşiktaş" klubuna keçib. Sportnet.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, hollandiyalı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.
Anlaşmaya əsasən, Babel cari mövsümün sonunadək 1,2 milyon avro, sonrakı 2 mövsümdə isə 2,1 milyon avro qazanacaq. Üstəlik, ona hər qazanılacaq xal üçün 4 min dollar ödəniləcək.
Qeyd edək ki, Rayan Babel əvvəllər Hollandiyanın "Ayaks", İngiltərənin "Liverpul", Almaniyanın "Hoffenhaym", Türkiyənin "Kasımpaşa" və BƏƏ-nin "Əl-Ayn" klublarında forma geyinib.