1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolçular bu ölkədə oynamasın
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) futbolçulara karyeralarını Serbiya klublarında davam etdirməməyi məsləhət görüb. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, FİFPro 2016-cı ildə Serbiya çempionatında çıxış edən futbolçuların çətinliklərlə üzləşdiyini bildirib.
Açıqlamada qeyd olunub ki, futbolçuların 68%-i vaxtında ödənişlərini ala bilmir. 89%-i isə transfer zamanı təzyiqlərlə üzləşir. Ölkədə iş şəraitinin pisləşməsi üzündən peşəkar futbolçulara qış transfer dövründə Serbiya klubları ilə müqavilə bağlamamaları tövsiyə olunub.
Qurum Serbiya Futbol Federasiyasının komandalarla oyunçular arasındakı mübahisələri həll edən aparıcı hakimləri işdən çıxardığını bildirib. FİFPro hesab edir ki, bu qərar futbolçuların ədalətli qərara olan ümidlərini azaldıb.