Bu gün səhər saatlarında ölkəni tərk edən "Qarabağ" komandası artıq Türkiyənin Antalya bölgəsindədir. Sportnet.az-ın məlumatına görə, heyət üzvləri Antalya hava limanından Belek qəsəbəsindəki "IC Santaı" otelinə yollanıb.
Komanda oteldə yerləşib və istirahətə çəkilib.
Qeyd edək ki, "Qarabağ" bu gün axşam saatlarında ilk məşqinə çıxacaq. İlk çalışması fitnes zalında baş tutacaq.