Avropa Liqasının qrup mərhələsində "Maynts"ın heyətində "Qəbələ"yə qarşı oynamış türkiyəli futbolçu Yunus Mallı "Volfsburq"a keçib. Sportnet.az-ın məlumatına görə, klub rəsmi saytında Türkiyə yığmasının 24 yaşlı yarımmüdafiəçisi ilə 2021-ci ilədək müqavilə imzaladığını açıqlayıb.
Anlaşmanın maddi tərəfləri açıqlanmasa da, məşhur Bild nəşri transferin 12,5 milyon avro təşkil etdiyini yazıb.
Yallı 2011-ci idən oynadığı "Maynts"da keçirdiyi 146 oyubda 32 qol vurub, 23 məhsuldar ötürmə edib. O, millidə 9 matç oynayıb.