
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Nikola Kaliniç karyerasını Çində davam etdirməyə yaxındır. Sportnet.az-ın məlumatına görə, Xorvatiya millisinin hücumçusu "Tyantszin Tsyuntszyan" klubuna keçir.
Florensiya təmsiçisi Kaliniçi satmağa razılaşıb. Transfer məbləği 45 milyon avro təşkil edir. Bu, 29 yaşlı futbolçunun müqaviləsində olan transfer məbləğindən 5 milyon avro azdır.
Kaliniç cari mövsümdə "Fiorentina"da keçirdiyi 24 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə edib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qol vurub.