FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9-cu yer uğrunda görüşdə Belarus yığması ilə üz-üzə gəlib.
Azərbaycan yığması bu pillə uğrunda mübarizə aparmaq üçün ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib. Millimiz həlledici matçda penaltilər seriyasında üstün olub. Uzatma dəqiqələrində vurduğu bərabərlik qolu ilə mübarizənin taleyini oyunsonrası 11 metrlik cərimə zərbələrinə saxlayan U-19 yığmamız 5:4 hesabı ilə qələbə qazanıb və turniri 9-cu pillədə bitirib.
Valentin Qranatkin turniri, 9-cu yer uğrunda görüş
20:00. Belarus - Azərbaycan - 1:1 (oyunsonrası penaltilərlə - 4:5)
Qollar: Nikita Bılinkin, 76 - Rafael Məhərrəmli, 90+3
Belarus: 12. Belov Maksim
4.Pilipovets Andrey (K)
5. Betenya Nikita
18. Bılinkin Nikita
20. Malkeviç Vladislav
3. Svirepa Aleksandr
9. Lapun Yeqor
16. Volkov Sergey
21. Sen Ilya
22. Şevçenko Qleb
19. Xlebosolov Miroslav
Ehtiyat oyunçular:1.Lazovskiy Nikita
6. Starostsin Vladimir
14. Cugir İlya
8.Sadovski Pavel
13. Alşanik Andrey
15. Ksenafontov Aleksandr
7. Kapov Krasimir
Baş məşqçi: Roman Kirenkin
Azərbaycan: 12.İbrahimov Kamran
2.Güler Metin
3.Qarayev Ricat
13. Həsənov Yusif
14.Seylığlı Hüseyin
7.Nəbiyev Fərid (K)
8.Əhmədov Süleyman
10.Mehdiyev Pilağa
11.Ekincier Barış
20.Həziyev Bahadur
19.Əliyev İbrahim
Ehtiyat oyunçular:1.Popov Murad
4.Karakaş İsmail
5.Daşdəmirov Rəhman
17.Qayalı Murad
6.Qədirzadə İbrahim
15.Muxtarlı Ceyhun
16.Sadıxov Əli
18.Məhərrəmli Rafael
9.Öksüz Doğukan
Baş məşqçi: Təbriz Həsənov
Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi
Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanla sülh bağlayıb - 2:2. 9 - 16-cı yerlər uğrunda mübarizədə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.