Türkiyənin Antalya bölgəsində qış hazırlığını davam etdirən azərbaycanlı futbol hakimləri bu gün daha 4 oyun idarə ediblər. Sportnet.az-ın məlumatına görə, hakimlər Bolqarıstan, Qazaxıstan, Özbəkistan və Almaniya klublarının oyununda olublar.
Referilərimizin təyinat aldığı hər 4 qarşılaşmada Qazaxıstan komandaları iştirak ediblər və 3-də məğlub olublar. Yalnız "Okjetpes" meydanı qalib tərk edib - 1:0. Onun matçında qələbə topunun müəllifi "Bakı"nın xorvatiyalı sabiq legioneri Lukas Mario Xorvat olub. Yarımmüdafiəçi matçın ikinci hissəsində cərimə zərbəsindən uzaq küncü dəqiq nişan alıb. Həmin cərimə zərbəsini isə yığmamızın sabiq futbolçusu Samir Məsimov qazanıb.
Xatırladaq ki, "Neftçi"nin serbiyalı sabiq qapıçısı Saşa Stamenkoviç də "Okjetpes"in şərəfini qoruyur.
20 yanvar
"Slaviya" (Bolqarıstan) – "Irtış" (Qazaxıstan) - 3:1
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vaqif Musayev
"Okjetpes" (Qazaxıstan) – "Montana" (Bolqarıstan) - 1:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Elşad Abdullayev
"Şaxtyor" (Qazaxıstan) - "Nasaf" (Özbəkistan) - 1:3
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, Mehman Mahmudov
"Akjayık" (Qazaxıstan) – "SV Meppen" (Almaniya) - 0:2
Hakimlər: Kərim Kərimov, Mübariz Haşımov, Zeynal Zeynalov
Qeyd edək ki, hakimlər ayın 11-dən start götürən təlim-məşq toplanışında bugünədək 26 oyun idarə edib,