Azərbaycan Premyer Liqasının XVI turunda "Zirə” ilə səfər oyununun sonlarında zədələnən "Kəpəz"in futbolçusu Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.
Sportnet.az-ın Gəncə klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Hazırda Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədəsi səbəbindən "Sumqayıt” ilə görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu "Qarabağ”la oyuna kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, "Kəpəz"in digər zədəliləri - Tural Axundov və Azad Kərimov artıq sıraya dönüb. Ötən tur "Zirə” ilə görüşü buraxan futbolçular bu gün kollektiv məşqlərə qoşulublar.