Almaniyanın "Bavariya" klubunun polşalı legioneri Robert Levandovski 2016-cı ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı futbolçu ardıcıl 6-cı dəfə buna layiq görülüb.
Levandovski ötən mövsüm "Bavariya"nın heyətində həm ölkə çempionu, həm də vurduğu 30 qola Bundesliqanın bombardiri olub.