
Azərbaycan Premyer Liqasının növbəti turunun "Kəpəz" - "Qarabağ" oyununun keçiriləcəyi məkan açıqlanıb. Sportnet.az-ın məlumatına görə, XVIII turun qarşılaşması fevralın 12-də Gəncə şəhər stadionunda baş tutacaq. Mat saat 14:30-da başlayacaq.
Xatırladaq ki, "Kəpəz"in qış fasiləsindən sonra "Zirə" ilə ev oyununun məkanı Gəncədəki qarşlı hava şəraiti üzündən Bakıya dəyişdirildiyindən, komanda bu il öz meydanında matç keçirməyib.