Türkiyənin "Fənərbaxça" klubunun hollandiyalı hücumçusu Robin van Persi Türkiyə Kubokunun "Beşiktaş"a qarşı keçirilən 1/8 final görüşündə (1:0) idmandan kənar davranışlarına görə üç oyunluq cəzalandırılıb.
Sportnet.az-ın məlumatına görə, matçda vurulan yeganə qolun müəllifi rəqib klubun fanatlarına dil göstərib.
Holland futbolçu Türkiyə çempionatının qarşıda duran üç oyununu buraxacaq və 5 min avro məbləğində cərimə ödəməli olacaq.