Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli müəyyənləşib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, matçlar 2 günü əhatə edəcək.
Tura fevralın 12-də Gəncədə "Kəpəz" və çempionatın lideri "Qarabağ" arasındakı görüşlə start veriləcək. Həmin gün "Qəbələ" "Zirə"nin qonağı olacaq. Son iki qarşılaşma isə ertəsi gün Bakıda keçiriləcək.
Azərbaycan Premyer Liqası, XVIII tur
12 fevral (bazar)
14:30. "Kəpəz” – "Qarabağ”
Gəncə şəhər stadionu
16:30. "Zirə” - "Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
13 fevral (bazar ertəsi)
15:00. AZAL – "İnter”
"AZAL Arena”
17:30. "Neftçi” – "Sumqayıt”
"Bakcell Arena”