Azərbaycan çempionatının I Divizionunda XV tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, liderin ən yaxın izləyiciləri olan, Premyer Liqaya iddialı "Zaqatala", "Şəmkir" və "Səbail" meydandan qalib ayırlıblar.
Şaban Şirdanovun komandası son pillənin sahibi "Rəvan"ı 3 qolla məğlub edib. Şəmkirlilər qələbəni sona 10 dəqiqə qalmış vurulan qolla qazanıb. "Səbail" isə ev oyunlarını keçirdiyi, bu dəfə qonaq qolduğu "Bayıl Arena"da MOİK-i ikinci hsisədə vurduğu 2 qolla yenib. 
I divizion
XV tur
11 fevral 
	
"Zaqatala" - "Rəvan" - 3:1
Qollar: Elçin Süleymanov, 35. Tagim Novruzov, 72-öz qapısına (ö.q); Sərxan Abdullayev, 78 - Məhəmməd Alıyev, 69
"Şəmkir" - "Şahdağ" - 1:0
Qol: Fərmayıl Əliyev, 80
MOİK - "Səbail" - 0:2
Qollar: Bayram Budaqov, 58, Eltun Yaqublu, 89
10 fevral
	"Bakılı” - "Şərurspor” – 0:1
	Qol: Mətin Əbilsoy, 90+1
	"Mil-Muğan” - "Ağsu” – 2:0
	Qollar: Raul Yaqubzadə, 65. Kamil Nurəhmədov, 71
	"Qaradağ Lökbatan” - "Energetik” – 5:0
	Qollar: Məhəmməd Xəlilov, 24; 46. Nicat Əsgərov, 56. Rüfət Məmmədov, 65; 77
	"Göyəzən” - "Turan Tovuz” – 0:4
	Qollar: Rəhman Musayev, 4-penalti ilə; 31. Aqşin Muxtaroğlu, 24-penalti ilə. Azər Məmmədov, 76
Bu nəticələrdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. 14 oyundan 33 xala malik lider "Turan Tovuz"u ondan 2 xal geri qalan "Zaqatala" izləyir. "Şəmkir" və "Səbail" isə hərəyə 28 xalla sonrakı 2 yeri bölüşür. 









                 





    
    
    
    
    
    
    
    
    























































