"Barselona"nın futbolçusu baş məşqçisinə çatdı
"Barselona"nın uruqvaylı futbolçusu Luis Suares Primeronun XXII turunda "Alaves"ə səfərdə 6:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib. Sportnet.az-ın məlumatına görə, hücumçu 3-cü mövsümdür şərəfini qoruduğu Kataloniya təçmsilçisində keçiridyi 128-ci matçında 109-cu qolunu vurub.
Bununla da 30 yaşlı Suares vurudğu qoların sayına görə baş məşqçisi, adaşı Luis Enrikeyə çatıb. İspaniyalı keçmiş yarımmüdafiəçi "Barselona"da 1996-2004-cü illərdə 300 oyun keçirib.
İndi Suareslə Enrike "Barselona"nın bombardirlər siyahısında 13-cü yerə şərikdirlər. Siyahıya isə komandanın argentinalı futbolçusu Lionel Messi 485 qolla başçılıq edir.
Xatırladaq ki, Luis 2004-cü ildə "Liverpul"dan gəldiyi "Barselona"da cari mövsümdə 19 oyunad 18 qol vurub, 7 məhsuldar ötürmə edib.