Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, ilk 1/8 final matçları meydan sahibləri üçün uğurlu alınıb.
Ən gözlənilməz nəticə Parisdə qeydə alınıb. Turnirin əsas favoritlərindən olan "Barselona” Fransa paytaxtında biabırçı məğlubiyyət alıb. PSJ bu sensasiyalı qələbə sayəsində mərhələ adlamaq şansını artırıb. Oyunda dubl edən argentinalı yarımmüdafiəçi Anhel Di Mariya ad günündə fərqlənib.
"Borussiya”nın məğlubiyyəti də gözlənilməz olub. Düzdür, Dortmund klubu "Benfika"ya minimal hesabla uduzub və ən əsası, məğlubiyyətdən xilas olmaq şansı olub. Ancaq komandanın bombardiri Pyer-Emerik Obameyanq penaltini qaçırıb.