
"Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Sportnet.az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən təmsilçilərdən U-19 və U-17 çempionatda növbəti sınağına çıxıb.
Sonuncular qalib gəlibsə, U-19 səfərdən xalsız dönüb.
U-19 səfərdə "Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. 19 oyundan sonra hesabında 44 xal olan "qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.
U-17 isə "Zirə”nin qonağı olub. Komandamız 3 cavabsız qolla böyükhesablı qələbə qazanıb. 16 matçda 41 xal toplayan "Qəbələ” bu qələbə ilə 1-ci pilləyə yüksəlib.