"Bavariya"nın kapitanı Filip Lam Çempionlar Liqasında (ÇL) oyunda keçmiş komanda yoldaşı Oliver Kanın rekorduna şərik olub. Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələdə "Arsenal"la hazırda Münhendə keçirilən matşda əsas heyətdə meydana çxıan təcrübəli müdafiəçi turnirdə 103-cü oyununu keçirir.
Bunadək "Bavariya"da ÇL-də ən çox oyun keçirən futbolçu məhz bu sayda qarşılaşmaya çıxan Kan olub. Qapıçı da vaxtilə bu komandada kapitan sarğısını daşıyıb. Lam "Arsenal"la Londondakı cavab matçında oynayacağı halda klubunun yeni rekordçusu olacaq.
Xatırladaq ki, kapitanı olduğu Almaniya millisindən 2014-cü ildə dünya çempionu olandan sonra gedən Filip bu yay futbolçu karyerasını bitirəcək.