Almaniyanın "Bavariya" klubu Çempionlar Liqasında ev oyunlarındakı qələbə seriyasını 16-ya çatdırıb. 
Sportnet.az xəbər verir ki, bu, 1/8 final mərhələsinin ilk oyununda İngiltərə "Arsenal"ı üzərindəki 5:1 hesablı qələbədən sonra məlum olub. 
Münhen təmsilçisi sonuncu dəfə "Alyans Arena"da 2014-cü ilin aprelində məğlub olub. Həmin vaxt "Bavariya" yarımfinalda İspaniya "Real Madrid"inə 0:4 hesabı ilə uduzub. 
Qeyd edək ki, "Arsenal"a qarşı cavab görüşü martın 7-də Londondakı "Emireyts" stadionunda keçiriləcək. 









                 





    
    
    
    
    
    
    
    
    

























































