
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "İnter"lə 1:1 hesablı heç-heçədən sonra matçla bağlı fikrilərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
- Gərgin oyun oldu. "İnter”lə matçlarımız həmişə belə keçir. Oyun baxımından hər iki komanda istədiyini göstərməsə də, meydanda mübarizə var idi. Bəzi futbolçularmızın təlim-məşq toplanışında bizimlə iştirak etməməsi çətinlik yaradır. Bu matçdakı 1 xal bizə çox vacib idi.
- Qırmızı vərəqə nə dərəcədə haqlı idi?
- Məncə, var idi.
- Oyundan sonra dəhlizdə yaşanan qalmaqalla bağlı nə deyə bilərsiniz?
- "İnter”in mühafizəçiləri ilə problem yaşandı. Belə şeylər olur. Aramızda problemlər yaşanır. Böyüdüləsi problem yoxdur.
- Yeni futbolçu Georgi Qoroziyanın vəziyyəti nə yerdədir?
- Yeni futbolçularla bağlı tələsməməyə çalışırıq. Georgi məşqsiz deyil, bir az oyun praktikası azdı.