1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahmud Qurbanov: "Nizami ilə bağlı Prosineçkinin adından danışa bilmərəm" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanovun Sportnet.az-a müsahibəsi
- Turun mərkəzi oyunu "Qəbələ" - "Qarabağ" oyununu millinin məşqçiləri izləməyəcək...
- Həmin oyunu televiziyadan izləyəcəyik. Qəbələyə heç kim getməyəcək - nə baş məşqçi Robert Prosineçki, nə köməkçiləri. Turun digər matçının keçirildiyi Sumqaytda olmaq nəzərdə tutulub.
- Bəlkə Prosineçkinin səhhətində problemi var?
- Yox. Səhhəti qaydasındadır.
- Millinin martda keçiriləcək qarşıdakı oyunlarına yeni futbolçuların dəvət olunması gözlənilir?
- Mən baş məşqçinin yerinə danışa bilmərəm. Bu haqda Prosneçki deyə bilər. Biz bütün futbolçuları nəzərdən keçiririk. Baş məşqçi ilə aramızda hansısa futbolçularla bağlı söhbətlər olur. Onların adlarını deməyəcəyəm. Qərarı Prosineçki verdiyindən o deyə bilər ki, heyətdə kim var, kim yox.
- Bu həftəsonu millimizin legionerlər üçün uğursuz oldu. Dəniz Yılmaz "Bursaspor"un oyunun qırmızı vərəqə aldı və əsas komandadan da qovuldu. Kamran Ağayevlə Emin Mahmudov "Boavişta"ın matçında "18-liy"ə daxil edilməyiblər. Ramil Şeydayev də eyni aqibətlə üzləşdi və icarəyə verildiyi Slovakiyanın "Jilina" klubunda debütü baş tutmadı...
- Əlbəttə, bunları bilirik. O da məlumdur ki, Dmitri Nazarov Almaniya çempionatında sonradan meydana çıxıb və penaltidən vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
- Elədir, ancaq çoxu üçün uğursuz alındı və əksəri klublarında əsas heyətdən kənarda qalır...
- Təbii ki, bu, narahatçlıq doğurur. Onların hansı səbəbdən klublarında heyətdən kənarda qaldıqlarını deyə bilmərik. Bunu demək çətindir. Biz də istəyirik ki, klublarında oynasınlar. Nə qədər çox oynasalar, bizim üçün bir o qədər yaxşıdır. Ancaq əfsuslar olsun ki, bəziləri sonradan meydana daxil olur, bəziləri ümumiyyətlə, oynamır, heyətə düşməkdə problemlə üzləşir.
- "İnter"in kapitanı Nizami Hacıyev millidə oynamaq istəyir və hələ də çağırılmadığına görə narazıdır....
- Məlumdur ki, millidə hamı oynamaq istəyir, bunu arzulayır. Ancaq bu, o demək deyil ki, hamı milliyə çağırılacaq. Elə mövqelər var ki, həm futbolçu sayı çoxdur, həm də səviyyələri fərqlidir. Qərarı baş məşqçi verir. Onun özündən çox şey asılıdır.
- Nizaminin qış fasiləsindən göstərdiyi oyun, hazırkı potensialı milliyə çağırılmağa imkan verirmi?
- Bunu baş məşqçi özü desə, yaxşıdır. Mən onun adından bu haqda danışa bilmərəm. Hər halda, Nizamini yaxşı tanıyırıq. Hətta Haxıyev gənc yaşlarında olanda bir yerdə oynamışıq. Yəni kənarda qalmaq o demək deyil ki, tanımırıq.
- Hacıyev onun oyununu izləyib-izləmədiklərini Prosineçkinin köməkçiləri də aydınlaşdırmağa məcbur qaldığını qeyd edir...
- Biz bütün oyunları izləyirik. Prosineçki özü də gəlir baxır. O, 2-3 ilə yaxındır Azərbaycandadır, bütün futbolçuları yaxşı tanıyır. Həm də Bakıda yaşayır. Prosineçki ilə hər gün AFFA-da görüşürük. Onun hər bir futbolçu haqda xəbəri var. Milliyə namizədlərlə bağlı informasiya, tanımamaq baxımdan heç bir problem yoxdur.
Mehman SÜLEYMANOV