"Qəbələ” klubunun azarkeşləri hakim səhvlərinə etiraz əlaməti olaraq aksiya təşkil ediblər.
Sportnet.az-ın məlumatına görə, yerli fanatlar Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən və hazırda davam edən görüşdə üzərində "Sifarişlər halqası, hakimlər liqası” yazılan plakatı açıblar.
Digər bir plakat isə qonaq komandanın əleyhinə olub: "Zirə" ilə zirvəyə!" İmza: "Qarabağ"
Qeyd edək ki, "Qəbələ” son turlarda hakimlərin idarəçiliyindən narazıdır və klub rəsmiləri də müsahibələrində bunu açıq şəkildə bəyan edirlər.