1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zenyov qorxdu ki..."
"Zenyovun dizində problem yarandığından, riskə getmədik və onu son dəqiqələrdə əvəzləməli olduq. Matçdan dərhal sonra lazımı tibbi prosedurları gördük".
Bu fikirləri Sportnet.az-a açıqlamaslnda "Qəbələ"nin həkimi Roman Jolobaylyuk bildirib. "Qırmızı-qaralar"ın estoniyalı hücumçusu Sergey Zenyov Premyer Liqanın XIX turunda hesabı açdığı, 2:0 hesabı ilə qalib gəldikləri "Qarabağ"la ev oyununda 90+1-ci dəqiqədə Teo Uikslə əvəzlənməli olub.
Jolobaylyukun sözlərinə görə, Zenyovun növbəti turda meydana çıxması gözlənilir: "Oyundan sonra ayağına buz qoyduq. Zenyov qorxdu ki, dizi yerindən oynayıb, nəsə ciddi problem yarana bilər. Ancaq müayinə nəticəsində ciddi problem aşkarlamadıq. Bununla belə, həkim nəzarətində olacaq. Vəziyyətinə yenidən baxacağıq. Görəsk ki, ağrıları var, bir müddət gözləyəcəyik. Ancaq hesab edirəm ki, ciddi problem olmamalıdır və artıq növbəti oyunumuza hazırlıqda iştirak edə biləcək".
Xatırladaq ki, "Qəbələ" növbəti turda fevralın 28-də Gəncədə "Kəpəz"in qonağı olacaq.