Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti 2 oyunu keçirilib. Sportnetş.az-ın məlumatına görə, Almaniyada və İngiltərədə keçirilən matçlar bol qollu alınıb. Təsadüfi deyil ki, azarkeşlər 2 oyunda 14 qol görüblər.
"Atletiko” "Bayer”i onun meydanıda 2 topu fərqi ilə yenməklə cütün taleyini demək olar həll edib. Mançesterdəki matç isə daha gərgin, daha qollu alınıb. "Mançester Siti” hesabı açdığı oyunda sonradan 3 qol buraxaq geridə olub. Ancaq özündə güc tapan Xosep Qvardiolanın yetirmələri inanılmaz əzmkarlıq göstərək 24 dəqiqəyə 4 qol vurub və sonda 2 top fərqli qələbəni bayram edib.
Komandaların bombardirləri olan Serxio Aquero ilə Radamel Falkao dubl ediblər. "Monako” kapitanı olan kolumbiyalı hücumçu penaltini da qaçırıb.