"Sumqayıt”ın futbolçusu Yusif Nəbiyevin Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın son turunda AZAL-la ev oyununda vurduğun qolla komandana 1:0 hesablı qələbə qazandırdın...
- Çətin oyun alındı. Ancaq nəticə bizim üçün yaxşı oldu, qalib gəldik. Düzdür, bəzi səhvlərimiz oldu. Ancaq əsas odur ki, 3 xalı biz qazandıq.
- "Zirə”ni qabaqlayaraq yenidən 4-cü pilləyə qalxdınız. Komanda özünü avrokuboklara hazır sayırmı?
- Şadam ki, turnir cədvəlində bu mövqeyə yüksəldik. Açıq danışasq, bu heyətə Avroliqaya düşsək, transferlər olunasıdır. Bu haqda bizə deyilib.
-
- Müqavilə ilə "Qəbələ"yə məxsussan və "Sumqayıt"da icarədə oynayırsan. Avrokuboklardan asılı olmayaraq komandada qalmaq ehtimalın varmı? Demək olarmı ki, özünü sübut etmisən?
- Çalışıram ki, hər matç yaxşı oynayım. Özümü tək "Qəbələ”yə sübut etmək kimi məqsədim yoxdur. Gələcəyim üçün yaxşı oynamaq istəyirəm ki, əsas yığmaya düşmək şansım olsun. Hazırda U-21-də oynayıram, milli komandaya düşmək şansımın da olmasını istəyirəm. Mənim kiməsə nəsə sübut etmək fikrim yoxdur.
- "Qəbələ”də solaxay müdafiəçi yoxdur. Ötən mövsüm Arif Daşdəmirov oynayırdı. İndisə bu mövqedə Ürfan Abbasovla Məhəmməd Mirzəbəyov çıxış edirlər. Premyer Liqa təcrübəsi toplayaraq "Qəbələ"yə dönüşün gözlənilən bir şeydir. Bu klubdan səninlə maraqlanırlarmı?
- Mənimlə heç kim əlaqə saxlamayıb. Bilmirəm ki, klub daxilində nə söz-söhbət var. Fikrim hər oyundan oyuna artırmaqdır. Başqa fikrim yoxdur.
- Yayda "Qəbələ”yə dönmək variantı olsa, bunu qəbul edərsən?
- Bu, mənim əlimdə olan bir şey deyil.
- Nə cavab verərsən?
- Yaxşı olsa, gedərəm. Burda qalıb oynamayım daha yaxşı olar. İki klub rəhbərliyi arasında söhbət olmalıdır. Çünki "Qəbələ” Futbol Akademiyasının yetirməsi olduğumdan sənədim onlardadır. İstənilən vaxtda çıxıb getmək kimi ehtimalım yoxdur.